Almaniya Baş Prokurorluğu Dortmunddakı partlayışı terror aktı adlandırıb, 1 nəfər saxlanılıb

Almaniya Baş Prokurorluğu Dortmunddakı partlayışı terror aktı adlandırıb, 1 nəfər saxlanılıb Baş Prokurorluq hadisənin törədilməsində “islam izinin” olduğunu istisna etməyib
Digər ölkələr
12 Aprel , 2017 16:26
Almaniya Baş Prokurorluğu Dortmunddakı partlayışı terror aktı adlandırıb, 1 nəfər saxlanılıb
Tass.ru

Bakı. 12 aprel. REPORT.AZ/ Almaniyanın Baş Prokurorluğu Dortmunddakı partlayışın terror aktı olduğunu açıqlayıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, Baş Prokurorluq hadisənin törədilməsində “İslam izinin” olduğunu istisna etməyib.

Məlumata görə, terror aktının törədilməsində iki dini ekstremist şübhəli bilinir. Onlardan biri həbs olunub.

Qeyd edək ki, ötən gecə Çempionlar Liqasının "Borussiya" (Almaniya) və "Monako" (Fransa) arasında ¼ final oyunundan əvvəl dortmundluların avtobusu qarşısında törədilən üç partlayış nəticəsində Almaniya klubunun ispaniyalı müdafiəçisi Mark Bartra xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi