Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və İtaliya dövlət başçıları Hannoverdə görüşəcəklər

Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və İtaliya dövlət başçıları Hannoverdə görüşəcəklər Görüşün əsas mövzularından biri Avropada miqrasiya böhranı və İŞİD-ə qarşı mübarizə olacaq
Digər ölkələr
20 Aprel , 2016 15:34
Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və İtaliya dövlət başçıları Hannoverdə görüşəcəklər

Bakı. 20 aprel. REPORT.AZ/ Aprelin 25-də Almaniyanın Hannover şəhərində Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və İtaliya dövlət başçılarının - Angela Merkel, Devid Kemeron, Barak Obama, Fransua Olland və Matteo Rentsinin görüşü keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Kristiane Virts verib.

Böyük Britaniya baş nazirinin ofisindən verilən məlumata görə, qarşıdakı görüşün əsas mövzularından biri Avropada mövcud miqrasiya böhranı olacaq. Bundan əlavə, tərəflər İŞİD terror qruplaşmasına qarşı mübarizə və Liviyadakı mövcud vəziyyəti müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi