Almaniyada 91,7 min nəfər COVID-19-a yoluxub - YENİLƏNİB

Almaniyada 91,7 min nəfər COVID-19-a yoluxub - YENİLƏNİB Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan ölənlərin sayı 1 342 nəfərə çatıb.
Digər ölkələr
5 Aprel , 2020 17:01
Almaniyada 91,7 min nəfər COVID-19-a yoluxub - YENİLƏNİB

Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan ölənlərin sayı 1 342 nəfərə çatıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. 

Bildirilir ki, ölkədə ümumilikdə 91 714 nəfər koronavirusa yoluxub. Son gün ərzində COVID-19-a 5 936 yeni yoluxma qeydə alınıb, 84 nəfər epidemiyanın qurbanı olub.  

Ölkədə yeni virusa daha çox yoluxma Bavariyada (23 846) qeydə alınıb. Siyahıda həmçinin Şimali Reyn-Vestfaliyanın (18 735), Baden-Vürtemberqin (18 614) də adları var. Paytaxt Berlində 3 613 nəfər koronavirusa daşıyıcısı qeydə alınıb. 


***07:30

Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan ölənlərin sayı 1 318 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə AFR-in Səhiyyə və Federativ ərazilərin sosial işləri üzrə nazirliyindən daxil olmuş məlumatlar əsasında “FOCUS online” portalı bildirib.

Qeyd edilir ki, ölkədə ümumilikdə 91 314 nəfər virusa yoluxub.

AFR-da koronavirusun yayılması episentri Bavariyadır. Siyahıda sonrakı yerdə Şimali Reyn - Vestfaliya və Baden-Vürtemberq qərarlaşıb. Ölkədə virusa yoluxmuş 24 minə yaxın xəstə sağalıb.

Almaniyada son bir gün ərzində virusa yoluxmuş təxminən 166 insan ölüb, daha 6 000 nəfər COVID-19-a yoluxub.

Son xəbərlər

Orphus sistemi