Almaniyada 149 sığınacaq axtaran terrorçuluqda şübhəli bilinir

Almaniyada 149 sığınacaq axtaran terrorçuluqda şübhəli bilinir Almaniyada 149 sığınacaq axtaran barəsində “Terrorçuluq” maddəsi ilə cinayət işi açılıb.
Digər ölkələr
19 Avqust , 2020 19:28
Almaniyada 149 sığınacaq axtaran terrorçuluqda şübhəli bilinir

Almaniyada 149 sığınacaq axtaran barəsində “Terrorçuluq” maddəsi ilə cinayət işi açılıb.

“Report”un Avropa bürosunun Almaniya Federal Baş Prokurorluğundan əldə etdiyi məlumatda deyilir ki, bu ilin yanvar ayından iyun ayına qədər terrorçuluqda şübhəli bilinən 159 sığınacaq axtaran barəsində ümumi 230 cinayət işi açılıb. Daha sonra 94 cinayət işi istintaq üçün əyalət prolurorluğuna verilib, 55-i isə baxılması üçün Almaniya Federal Baş Prokurorluğunda qalıb. Araşdırılan 81 cinayət işi isə bağlanıb.

Terrorçuluqda ittiham olunan şəxslərin çoxu Almaniyaya Suriya, Əfqanıstan və Somalidən gəliblər.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən (BAMF) verilən məlumata görə, bəzi sığınacaq axtaranlar deportasiya edilməmək üçün ölkələrində terror təşkilatına üzv olduqları və geri göndərildikləri təqdirdə onları ölüm gözlədiyi ilə bağlı yalan məlumat veriblər. Federal Baş Prokurorluq tərəfindən bağlanan 81 cinayət işinin əksəriyyəti bu məzmunda olub.

Federal Daxili İşlər Nazirliyinin açıqlamasına görə, İŞİD terror təşkilartı ilə əlaqəli olan üç nəfər aprel, may və iyun aylarında Almaniyaya təhvil verilib. 23 və 24 yaşındakı iki qadın Türkiyə, 23 yaşındakı bir kişi isə İran tərəfindən Almaniyaya deportasiya edilib.

Məlumat üçün bildirək ki, Almaniya Kriminal Polisi sonuncu dəfə ölkənin Şimali Reyn Vestfaliya əyalətində Taciksitan vətəndaşlarından ibarət cinayətkar dəstəni zərərsizləşdirib. Araşadırmlar zamanı məlum olub ki, onlar vəzifəli bir şəxsi öldürmək hazırlığı aparırmışlar.

Son xəbərlər

Orphus sistemi