Yuxarı

​Alman jurnalistləri dövlət sirrini yaymaqda şübhəli bilinirlər

Baş prokurorluğu maraqlandıran yazılar əks-kəşfiyyatın İnternet istifadəçilərini izləmək üçün səlahiyyətlərini genişləndirmək planları ilə bağlıdır

Bakı. 31 İyul. REPORT.AZ/ Almaniyanın Baş prokurorluğu dövlət sirrini yaymaqda şübhəli bilinən netzpolitik.org online nəşrinin jurnalistlərinə qarşı istintaq tədbirlərinə başlayıb. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Alman hüquq-mühafizə orqanları Konstitusiyanın Qorunması üzrə Federal İdarəyə məxsus məxfi sənədlərin sızması nəticəsində əldə edilmiş materiallar əsasında fevralın 25-i və aprelin 15-də netzpolitik.org-da dərc olunan yazıların qanuniliyini yoxlamaq niyyətindədir. Bir qədər əvvəl adı çəkilən agentlik həmin materialların məxfi məlumatların sızması nəticəsində ortaya çıxdığını demişdi.

Baş prokurorluğu maraqlandıran yazılar hökumətin əks-kəşfiyyatın İnternet istifadəçilərini izləmək üçün səlahiyyətlərinin genişləndirməsi planları ilə bağlıdır.

Qeyd edək ki, netzpolitik.org saytının baş redaktoru Markus Bekedal istintaq tədbirlərinin yalnız jurnalistlərə qarşı deyil, həm də ölkənin siyasi dairələrində məlumat mənbələrini "açıq şəkildə qorxutmaq cəhdi" olduğunu vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi