Alimlər koronavirusu zərərsizləşdirən antikorlar aşkarladılar

Alimlər koronavirusu zərərsizləşdirən antikorlar aşkarladılar Köln Universiteti klinikasının, Alman Tədqiqat Mərkəzinin alimləri İsraildən olan mütəxəssislərlə birgə koronavirus infeksiyasını neytrallaşdıran 28 antitel aşkarlayıblar.
Digər ölkələr
10 İyul , 2020 08:44
Alimlər koronavirusu zərərsizləşdirən antikorlar aşkarladılar
0 : 00
0 : 00

Köln Universiteti Klinikasının, Alman İnfeksiya Tədqiqatları Mərkəzinin alimləri İsraildən olan mütəxəssislərlə birlikdə koronavirus infeksiyasını neytrallaşdıran 28 antikor (orqanizmə yad cisimlər, zülallar-red) aşkarlayıblar.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, alimlər SARS-CoV-2-yə yoluxmuş 12 pasiyentdən götürülmüş qanın 4 mindən çox spesifik hüceyrəsini tədqiq ediblər.

"Nəticədə laboratoriyada 255 antikor təkrar istehsal edilib və SARS-CoV-2 əleyhinə təsirsiz hala gətirildiyi üçün sınaqdan keçirildi. Ümumilikdə alimlər SARS-CoV-2-ni təsirli şəkildə neytrallaşdıra bilən 28 antikor tapdılar", - deyə Alman İnfeksiya Tədqiqatları Mərkəzinin məlumatında bildirilir.

Alimlər koronavirusu zərərsizləşdirən antikorun immun sistemi tərəfindən olduqca tez formalaşdırılmasına diqqət ediblər.

"Bu, virusu effektiv şəkildə tapmaq və zərərsizləşdirmək üçün adaptasiyaya çox az vaxt tələb etdiyini göstərir", - deyə mərkəzin həkimlərindən biri bildirib.

Beləliklə, tədqiqatçıların qeyd etdiyi kimi, bu "aktiv peyvəndin ümumi əhali arasında virusdan tez qorunmanı təmin edə biləcəyinə" ümid verir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi