Ali Rada Kaxovka SES-lə bağlı BMT-yə müraciət qəbul edib

Ali Rada Kaxovka SES-lə bağlı BMT-yə müraciət qəbul edib Ukrayna Ali Radası Kaxovka su elektrik stansiyasının (SES) bəndinin dağıdılması ilə bağlı BMT-yə, eləcə də bu təşkilata üzv olan ölkələrin hökumət və parlamentlərinə müraciət qəbul edib.
Digər ölkələr
10 İyun , 2023 21:13
Ali Rada Kaxovka SES-lə bağlı BMT-yə müraciət qəbul edib

Ukrayna Ali Radası Kaxovka su elektrik stansiyasının (SES) bəndinin dağıdılması ilə bağlı BMT-yə, eləcə də bu təşkilata üzv olan ölkələrin hökumət və parlamentlərinə müraciət qəbul edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Ukrayna parlamentinin “Qolos” partiyasından olan xalq deputatı Yaroslav Jeleznyak yayıb.

Onun sözlərinə görə, sənədi 265 deputat dəstəkləyib.

Ukrayna parlamentinin qəbul etdiyi müraciətə əsasən bu məsələdə əsas məsuliyyət birbaşa Rusiyanın üzərinə düşür. Digər təfərrüatlar açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi