Albaniyada silahlı şəxslər təyyarəyə hücum ediblər

Albaniyada silahlı şəxslər təyyarəyə hücum ediblər Albaniyanın paytaxtı Tiran şəhərində yerləşən hava limanında naməlum silahlı şəxslər “Avstriya Hava Yolları”na məxsus təyyarəyə hücum ediblər.
Digər ölkələr
10 Aprel , 2019 06:20
Albaniyada silahlı şəxslər təyyarəyə hücum ediblər

Albaniyanın paytaxtı Tiran şəhərində yerləşən hava limanında naməlum silahlı şəxslər “Avstriya Hava Yolları”na məxsus təyyarəyə hücum ediblər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, maskalı şəxslər təyyarənin göyərtəsinə qalxaraq işçiləri silahla hədələyib və yük yerində olan bir neçə milyon avronu götürərək hadisə yerindən qaçıblar.

Qeyd olunub ki, cinayətkarlar qaçan zaman polislərlə qarşılaşıblar və nəticədə tərəflər arasında atışma baş verib.

Atışmada bir cinayətkar məhv edilib, ekipaj üzvləri və sərnişinlərdən xəsarət alan olmayıb. Qeyd olunub ki, oğurlanan pulların miqdarı 2-10 milyon avro arasındadır. 

Son xəbərlər

Orphus sistemi