Yuxarı

​Albaniyada onminlərlə insan hökumətə etiraz əlaməti olaraq küçələrə çıxıb

Etirazçılar fəaliyyətdə olan hökuməti ölkəni resessiyaya aparmaqda ittiham ediblər

Bakı. 22 noyabr. REPORT.AZ/ Albaniyanın paytaxtı Tiranada onminlərlə şəhərli hökumətin iqtisadi siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxıb.

"Report" "Associated Press"-ə istinadən xəbər verir ki, etirazçıların əsas hissəsini müxalifət lideri, Tirana meri Lulzima Başinin tərəfdarları təşkil edib.

O, fəaliyyətdə olan sosialist hökuməti ölkəni resessiyaya aparmaqda ittiham edib.

Etirazçıların rəyinə görə, hökumət tərəfindən irəli sürülən vergilərin artırılması ideyası enerji təchizatı qiymətlərinin və işsizliyin daha da artmasına gətirib çıxaracaq.

Hazırda ölkədə işsizlərin sayı 17% təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi