Albaniyada zəlzələ olub

Albaniyada zəlzələ olub Beş ballıq zəlzələ paytaxtdan 55 kilometr məsafədə qeydə alınıb
Digər ölkələr
8 Aprel , 2017 21:34
Albaniyada zəlzələ olub
Foto: itaka.pl

Bakı. 8 aprel. REPORT.AZ/ Albaniyada zəlzələ olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, 5 ballıq zəlzələ paytaxt Tiranadan 55 kilometr məsafədə qeydə alınıb.

Zəlzələ ölkənin bir sıra şəhərlərində hiss edilib. Təbii hadisə zamanı hər hansı tələfat və ya zərər qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi