Albaniya NATO-ya Paşaliman hərbi bazasını istifadə üçün təklif edib

Albaniya NATO-ya Paşaliman hərbi bazasını istifadə üçün təklif edib Albaniya NATO-ya Paşaliman hərbi bazasını istifadə üçün təklif edib.
Digər ölkələr
27 May , 2022 02:51
Albaniya NATO-ya Paşaliman hərbi bazasını istifadə üçün təklif edib

Albaniya NATO-ya Paşaliman hərbi bazasını istifadə üçün təklif edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Edi Ramanın NATO-nun Avropadakı baş komandanı, amerikalı general Todd Uolters ilə görüşündən sonra məlumat yayılıb.

"Tiranadan 180 km məsafədə yerləşən Paşaliman hərbi dəniz bazası Şimali Atlantika Alyansı üçün lazım ola bilər", - məlumatda deyilir.

Vlore şəhəri yaxınlığındakı körfəzdə yerləşən Paşalıman yeraltı bazası 1950-ci illərdə tikilib və SSRİ tərəfindən sualtı qayıqlarının yerləşdirilməsi üçün istifadə edilib. Hazırda bazada Albaniya Hərbi Dəniz Qüvvələrinin idarə etdiyi yalnız bir neçə döyüş gəmisi, o cümlədən dörd sualtı qayıq yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi