Albaniya, Makedoniya və Yunanıstan sərhəd nəzarətini gücləndirəcək

Albaniya, Makedoniya və Yunanıstan sərhəd nəzarətini gücləndirəcək Polis əməkdaşları bir həftə ərzində öz vəzifələrini icra etməyə başlayacaq
Digər ölkələr
26 Oktyabr , 2015 04:08
Albaniya, Makedoniya və Yunanıstan sərhəd nəzarətini gücləndirəcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Avropada miqrant böhranı davam etdiyi bir vaxt Avropa İttifaqı və Balkan ölkələri rəhbərləri böhranı müzakirə etmək üçün ötən gün Brüsseldə təcili iclas keçirib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının prezidenti Jean-Claude Junckerin təşəbbüsü ilə keçirilən görüşə Avropa İttifaqının 8 zərərçəkmiş üzv dövləti, eləcə də Serbiya və Makedoniya liderləri qatılıb.

Görüş nəticəsində qərara alınıb ki, miqrant axınının qarşısını almaq üçün Sloveniya sərhədlərinə 400 polis əməkdaşı göndərilsin. Juncker bildirib ki, polis əməkdaşları bir həftə ərzində öz vəzifələrini icra etməyə başlayacaq.

Bununla belə, Albaniya, Makedoniya və Yunanıstan sərhəd nəzarətini gücləndirəcək. Miqrant axınını tənzimləmək məqsədi ilə Yunanıstan öz ərazisində "Qeydiyyat mərkəzləri" də açacaq. 

Qərbi Balkan dövlətlərinin ərazisində fəaliyyət göstərən düşərgələrdə miqrantların yerləşdirilməsi üçün 50 min yeni yer yaradılacaq.

Nəhayət, Aİ-yə üzv dövlətlər hər həftə digər ölkələri miqrantlarla bağlı son vəziyyətlə bağlı məlumatlandıracaq.

Son xəbərlər

Orphus sistemi