Albaniya, Kosovo və Makedoniyada İŞİD-lə əlaqəsi olan 20 nəfər həbs edilib

Albaniya, Kosovo və Makedoniyada İŞİD-lə əlaqəsi olan 20 nəfər həbs edilib Həbs edilənlər İŞİD-lə əlaqədə, həmçinin ona maddi dəstək verməkdə ittiham olunurlar
Digər ölkələr
6 Noyabr , 2016 20:27
Albaniya, Kosovo və Makedoniyada İŞİD-lə əlaqəsi olan 20 nəfər həbs edilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Albaniya, Makedoniya və Kosovoda İŞİD terror qruplaşması əleyhinə keçirilmiş əməliyyat zamanı 20 nəfər həbs edilib.

"Report"un məlumatına görə, bu barədə Albaniyanın Baş Polis İdarəsi xəbər yayıb.

Məlumatda bildirilir ki, əməliyyatı Albaniyanın Terrorizmə Qarşı Polis Departamenti Tiranada, Şkoderdə, Debrdə və Elbasanda keçirib. Əməliyyat zamanı Albaniyada 4 nəfər həbs edilib.

Həbs edilənlər terror qruplaşması ilə əlaqədə, həmçinin İŞİD-ə maddi dəstək verməkdə ittiham olunurlar.

Albaniya Prokurorluğu faktı ağır cinayət işi kimi araşdırır.

Son xəbərlər

Orphus sistemi