Yuxarı

Albaniya kommunist dövrünə aid gizli polis sənədlərini açır

Keçmiş rejimin əməkdaşları da qalan sənədlərə çıxış əldə edəcəklər

Bakı. 2 May. REPORT.AZ/ Albaniya parlamenti kommunist dövrünə aid gizli polis sənədlərinin açılması ilə bağlı qanun qəbul edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Albaniyanın gizli polis təşkilatı olan Sigurimi mülki donosçuların böyük şəbəkəsinə güvənərək müxalifəti susdurub və kommunist rejimin onilliklər boyu hakimiyyətdə qalmasını təmin edib.

Kommunist lideri olmuş Enver Hoxha 1944-cü ildə hakimiyyəti ələ keçirərək Albaniyanı tək partiyalı dövlət kimi təcrid edib.

Bu təcrid 1991-ci ildə ölkəni demokratikləşməyə aparan kütləvi etirazlara kimi davam edib.

Polis bir çox sənədi məhv edib, lakin salamat qalan sənədlər bəzi qaranlıq gizlinlərə aydınlıq gətirəcək.

Keçmiş rejimin əməkdaşları da qalan sənədlərə çıxış əldə edəcəklər.

Ekspertlərin təxmininə görə, keçmiş rejimin ən azı 7000 rəqibi qətlə yetirilib və 100000-dən çox insan əmək düşərgələrinə sürgün edilib.

Oradakı sərt şərait bir çox hallarda faciəli olub.

84 səs çoxluqla qəbul edilmiş yeni qanun, həmçinin Sigurimi üzvlərini gələcəkdə dövlət qulluğundan məhrum edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi