Bakı. 8 iyun. REPORT.AZ/ "Al Jazeera" mediaqrupu kütləvi haker hücumuna məruz qaldığını bəyan edib.
"Report" xəbər verir ki, KİV yaxın vaxtlarda bu barədə ətraflı məlumat yayacağını vəd edib.
"Al Jazeera" mediaqrupunun bütün sistemləri, veb-saytları və sosial şəbəkələrdəki əkkauntları kiberhücuma məruz qalıb", - deyə mediaqrupun məlumatında bildirilir.
Bununla belə, "Reuters" xəbər verir ki, nəşrin bütün sistemləri işlək vəziyyətdədir.
Qeyd olunur ki, şirkətin İT xidməti hücumların qarşısını ala bilir.