AK sədrinin müavini Kiyevdə ölkənin yenidən qurulmasını müzakirə edəcək

AK sədrinin müavini Kiyevdə ölkənin yenidən qurulmasını müzakirə edəcək Avropa Komissiyasının (AK) sədr müavini Frans Timmermans Kiyevə səfərdədir və burada Ukrayna liderləri ilə münaqişədən sonra ölkənin yenidən qurulması planını müzakirə edəcək.
Digər ölkələr
10 Yanvar , 2023 00:47
AK sədrinin müavini Kiyevdə ölkənin yenidən qurulmasını müzakirə edəcək

Avropa Komissiyasının (AK) sədr müavini Frans Timmermans Kiyevə səfərdədir və burada Ukrayna liderləri ilə münaqişədən sonra ölkənin yenidən qurulması planını müzakirə edəcək.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

“Vitse-prezident Frans Timmermans Rusiyanın kritik infrastruktura qarşı intensivləşən hücumları fonunda ölkədəki vəziyyəti və yerlərdəki təcili ehtiyacları müzakirə etmək üçün prezident Volodimir Zelenski və müxtəlif hökumət rəsmiləri ilə görüşmək üçün Ukraynadadır.

O, xüsusilə enerji sektoruna və enerji təchizatına konkret dəstəyi, habelə hökumət rəsmiləri Ukraynanın yenidən qurulması planını müzakirə edəcək”, - məlumatda vurğulanıb.

Öz növbəsində, Ukrayna prezidentinin mətbuat xidməti bildirib ki, Zelenski Timmermans ilə görüşdə Ukraynanın bərpası zamanı diqqətini yaşıl layihələrin həyata keçirilməsinə yönəldəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi