Rusiyanın daha 120 fiziki və hüquqi şəxsinin sanksiya siyahısına salınması təklif edilir

Rusiyanın daha 120 fiziki və hüquqi şəxsinin sanksiya siyahısına salınması təklif edilir Avropa Komissiyası (AK) Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin 12-ci paketi çərçivəsində Rusiyada 120 fiziki və hüquqi şəxsə qarşı sanksiyaların tətbiqini təklif edib.
Digər ölkələr
15 noyabr 2023 16:18
Rusiyanın daha 120 fiziki və hüquqi şəxsinin sanksiya siyahısına salınması təklif edilir

Avropa Komissiyası (AK) Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin 12-ci paketi çərçivəsində Rusiyada 120 fiziki və hüquqi şəxsə qarşı sanksiyaların tətbiqini təklif edib.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin bəyanatında deyilir.

Orada qeyd olunur ki, Aİ sanksiyalarının 12-ci paketinin layihəsi artıq Aİ Şurasına təqdim edilib.

“Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Avropa Komissiyası ilə birlikdə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirməkdə oynadıqları rola görə əlavə 120 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil olunmasını təklif edir”, bəyanatda deyilir.

Layihədə, həmçinin sanksiyalardan yayınma hallarına qarşı yeni idxal və ixrac məhdudiyyətlərinin qəbul edilməsi və neftin qiymətinin yuxarı həddinin sərtləşdirilməsi təklifi də yer alır.

Son xəbərlər

Orphus sistemi