AK rəhbəri: “Rusiyanın Ukraynada apardığı müharibənin fəsadları nəzərdən keçirilməlidir"

AK rəhbəri: “Rusiyanın Ukraynada apardığı müharibənin fəsadları nəzərdən keçirilməlidir" "Ümumdünya İqtisadi Forumu bütün dünya düzənini təhlükə altına alan Rusiyanın Ukraynada apardığı müharibənin fəsadlarını nəzərdən keçirməlidir".
Digər ölkələr
24 May , 2022 14:00
AK rəhbəri: “Rusiyanın Ukraynada apardığı müharibənin fəsadları nəzərdən keçirilməlidir
Ursula fon der Leyen

"Ümumdünya İqtisadi Forumu dünyanı təhlükə altına alan Rusiyanın Ukraynada apardığı müharibənin fəsadlarını nəzərdən keçirməlidir".

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Davosda keçirilən Ümumdünya İqtisadi Forumun gedişində bildirib.

“Məhz bu səbəbdən Rusiya işğalına qarşı mübarizə dünya ictimaiyyətinin qarşısında duran vəzifədir. Müxtəlif enerji mənbələrinə ehtiyac duyduğumuz kimi, litium və metal silisium kimi vacib materialların bir neçə istehsalçısından son dərəcə asılı vəziyyətdəyik”, - o deyib.

Onun sözlərinə görə, daha balanslaşdırılmış qarşılıqlı asılılıq və dayanıqlı tədarük zəncirləri üçün daha güclü qlobal tərəfdaşlıq münasibətləri olmalıdır”.ə

Ursula fon der Lyayen vurğulayıb ki, bu gün Avropa taxılı dünya bazarlarına çıxarmaq, şəxsi istehsalı artırmaq, istehsal obyektlərinin yaxşılaşdırılmasında Afrikanı dəstəkləmək üçün səylərini əsirgəmir.

Son xəbərlər

Orphus sistemi