Avropa Komissiyasının rəhbəri: "Avropa İttifaqının "Brexit"lə bağlı səbri sərhədsiz deyil"

Avropa Komissiyasının rəhbəri: "Avropa İttifaqının "Brexit"lə bağlı səbri sərhədsiz deyil" Jan-Klod Yunker: "Aİ "Brexit"lə bağlı vəziyyətdə çox səbir göstərib, amma o, bitmək üzrədir"
Digər ölkələr
1 aprel 2019 07:07
Avropa Komissiyasının rəhbəri: Avropa İttifaqının Brexitlə bağlı səbri sərhədsiz deyil
0 : 00
0 : 00

"Avropa İttifaqı (Aİ) "Brexit"lə bağlı britaniyalı dostlarına qarşı çox səbr göstərib, amma, bu, bitmək üzrədir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Jan-Klod Yunker deyib.

"İstərdim ki, Böyük Britaniya bir neçə saatdan, bir neçə gündən sonra hansı yolla irəliləyəcəyinə dair qərar versin. Bu günə qədər Britaniya parlamentinin "yox" dediyini bilirik, amma onların nəyə "hə" dediklərini də bilmirik", - AK rəhbəri bildirib.

"Brexit" üzrə təkrar referendum keçirilməsi barədə danışan AK rəhbəri bunun yalnız britaniyalılara aid məsələ olduğunu söyləyib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Baş naziri Tereza Mey "Brexit" üzrə növbəti, dördüncü səsverməni keçirmək niyyətini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi