AK “Moderna”dan daha 150 milyon doza peyvənd tədarük edəcək

AK “Moderna”dan daha 150 milyon doza peyvənd tədarük edəcək AK nümayəndəsi Brüsseldə keçirdiyi brifinqdə söhbətin “Moderna” ilə müqaviləyə əlavədən getdiyinə aydınlıq gətirib
Digər ölkələr
22 İyun , 2021 15:57
AK “Moderna”dan daha 150 milyon doza peyvənd tədarük edəcək

Avropa Komissiyası (AK) “Moderna” şirkəti ilə əlavə 150 ​​milyon doza koronavirus peyvəndi tədarük etməklə bağlı müqavilə imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Lyayen bildirib.

“Bu gün 150 milyon əlavə doza “Moderna” peyvəndi alınmasını təmin etdik”, - o, tvitter hesabında yazıb.

Öz növbəsində, AK nümayəndəsi Stefan De Keersmaker Brüsseldə keçirdiyi brifinqdə söhbətin “Moderna” ilə müqaviləyə əlavədən getdiyinə aydınlıq gətirib. Vaksinlər 2021-ci ilin 3-cü rübündən etibarən tədarük oluna bilər.

Son xəbərlər

Orphus sistemi