Yuxarı
    Bağlamaq

    Airbus Almaniya hökümətindən casusluq fəaliyyəti haqqında məlumat istəyib

    İndustrial cəsusuluğa dair şübhələrimiz var və bu səbəblə məhləməyə üz tutmağa hazırıq

    Bakı. 30 aprel. REPORT.AZ/ Avropanın təyyarə istehsalı ilə məşğul olan məşhur “Airbus” şirkəti, rəsmi Berlinə müraciət edərək, Almaniya federal kəşfiyyat xidmətinin (BND) bu şirkətlə bağlı topladığı məlumatların dərhal açıqlanmasını istəyib.

    “Airbus” rəsmiləri bildiriblər ki, onlarda industrial cəsusuluq fəaliyyətinin həyata keçirildiyinə dair şübhələr var və bu səbəblə də məhkəməyə üz tutmağa hazırdırlar.

    Xatırladaq ki, “Sueddeutsche Zeitung” və “NDR” radiostansiyasının məlumatına görə BND bir neçə il ərzində ABŞ Milli Təhlükəsizlik Agentliyinin xahişi ilə qonşu Avropa ölkələrini izləyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi