Yuxarı
    Bağlamaq

    "Airbus A320" təyyarəsi Aralıq dənizinə düşüb - RƏSMİ

    Misirin EgyptAir aviaşirkətinə məxsus təyyarənin sərnişinlərinin taleyindən xəbər yoxdur

    Bakı. 19 may. REPORT.AZ/ Parisdən Misir paytaxtı Qahirəyə uçan "Airbus A320-232" təyyarəsi Aralıq dənizinə düşüb.

    "Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bunu Misir Mülki Aviasiya Administrasiyası açıqlayıb.

    İnformasiyaya əsasən, Misirin "EgyptAir" aviaşirkətinə məxsus təyyarənin sərnişinlərinin taleyindən xəbər yoxdur. 

    Təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin bir vətəndaşı olub.

    Xatırladaq ki, Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Parisdən Qahirəyə uçuş (reys MS804) həyəta keçirən zaman radarlardan itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi