​Qəzaya uğrayan "AirAsia" təyyarəsinin "qara qutu"su tapılıb

​Qəzaya uğrayan "AirAsia" təyyarəsinin "qara qutu"su tapılıb Xilasedicilər qutulardan birini tapmağa müvəffəq olublar
Digər ölkələr
11 Yanvar , 2015 15:56
​Qəzaya uğrayan AirAsia təyyarəsinin qara qutusu tapılıb
Bakı. 11 yanvar. REPORT.AZ/ Xilasedicilər Yavan dənizində qəzaya uğrayan "AirAsia" aviaşirkətinə məxsus hava gəmisinin ilk "qara qutu"sunun olduğu yeri aşkar ediblər.

"Report" Lenta.Ru-ya istinadən xəbər verir ki, "qara qutu" əvvəllər təyyarənin quyruq hissəsinin tapıldığı yerin bir kilometrliyindən gələn siqnal vasitəsilə aşkar edilib.

İndoneziyanın axtarış işləri ilə bağlı məsul nümayəndəsinin bildirdiyinə görə, təkrar siqnal təyyarənin quyruq hissəsinin aşkar olunduğu yerdən şərq istiqamətində İndoneziyanın üç gəmisi tərəfindən qeydə alınıb. Ora artıq dalğıclar göndərilib.

Hava şəraitinin pis olması və güclü cərəyanlar axtarış işlərinin operativ aparılmasına mane olur.

Son xəbərlər

Orphus sistemi