“Air France”ə məxsus təyyarə Rusiya hava məkanına buraxılmayıb

“Air France”ə məxsus təyyarə Rusiya hava məkanına buraxılmayıb Bakı. 2 noyabr. REPORT.AZ/ Parisdən Xoşiminə (Vyetnam) yola düşən “Air France” aviaşirkətinə məxsus təyyarə Rusiyanın hava məkanına giriş icazəsi olmadığına görə geri qaytarılıb.
Digər ölkələr
2 Noyabr , 2018 12:54
“Air France”ə məxsus təyyarə Rusiya hava məkanına buraxılmayıb
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ Parisdən Xoşiminə (Vyetnam) yola düşən “Air France” aviaşirkətinə məxsus təyyarə Rusiyanın hava məkanına giriş icazəsi olmadığına görə geri qaytarılıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, havaya qalxdıqları üçün bir müddət sonra sərnişinlərə geri qayıtmaq məcburiyyətində qaldıqlarını izah edən təyyarə kapitanı indiyədək belə hallarla üzləşmədiyini bildirib. 

Aviaşirkətdən hadisəni təsdiqləsələr də, təyyarənin Rusiya hava məkanına hansı səbəbdən buraxılmadığını izah etməyə çətinlik çəkiblər. Bir ehtimala görə, məsələ “kompüter şəbəkəsinin səhvi”ndən olub.

Son xəbərlər

Orphus sistemi