Bakı. 13 yanvar. REPORT.AZ/ İndoneziya xilasediciləri Malaziyaya məxsus "Air Asia" təyyarəsinin ikinci "qara qutu"sunu dənizin dibindən çıxartmağa müvəffəq olublar.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, "qara qutu" birinci registratorun tapıldığı yerə yaxın ərazidə aşkar edilib.
Gözlənildiyi kimi, "qara qutu" təhlil üçün Cakartaya göndəriləcək.
Surabaidən Sinqapura uçan "Air Asia"ya məxsus "Airbus A320-200" təyyarəsi dekabrın 28-də radarlardan itib. Hava gəmisinin göyərtəsində 162 nəfər olub.