Yuxarı
    Bağlamaq

    Aİ XİN başçıları yanvarın 18-də iclas keçirəcək

    İclasın gündəliyinə Suriya, İraq və Ukraynadakı vəziyyət salınıb

    Bakı. 13 yanvar. REPORT.AZ/ Yanvarın 18-də Belçika paytaxtı Brüsseldə keçiriləcək Avropa İttifaqının 28 ölkəsinin xarici işlər nazirlərinin bu il üçün ilk iclasında Suriya, İraq və Ukraynadakı vəziyyət müzakirə olunacaq.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının nümayəndəsi məlumat verib.

    Mənbə, həmçinin Polşa hakimiyyətinin həyata keçirdiyi və Aİ-nin qətiyyətlə tənqid etdiyi siyasi islahatlarla bağlı nazirlərin fikir mübadiləsi aparacağını da istisna etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi