Aİ və Böyük Britaniya "Brexit" üzrə danışıqların növbəti mərhələsi barədə razılığa gələ bilməyib

Aİ və Böyük Britaniya "Brexit" üzrə danışıqların növbəti mərhələsi barədə razılığa gələ bilməyib Üç əsas məsələdən heç birində hələlik razılıq əldə olunmayıb
Digər ölkələr
28 Sentyabr , 2017 15:06
Aİ və Böyük Britaniya Brexit üzrə danışıqların növbəti mərhələsi barədə razılığa gələ bilməyib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Krallığın Birlikdən çıxışı (Brexit) üzrə məsələdə irəliləyişə nail ola bilməyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin "Brexit" üzrə baş müzakirəçisi Mişel Barnye danışıqların dördüncü mərhələsidən sonra təşkil edilən mətbuat konfransda bildirib.

"Bir sıra məsələlərdə irəliləyişə nail olmuşuq, amma hələ də çox şey üzərində işləməliyik", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, üç əsas məsələdən - maliyyə nizamlanması, vətəndaşların hüquqları və İrlandiya ilə sərhədlər məsələsinin heç birində hələlik yekun razılıq əldə olunmayıb.

Son xəbərlər

Orphus sistemi