Aİ Ukraynaya 2 milyard avro yardım edəcək

Aİ Ukraynaya 2 milyard avro yardım edəcək Avropa İttifaqı (Aİ) yaxın vaxtlarda Ukraynaya 2 milyard avro məbləğində makromaliyyə yardımı göstərmək niyyətindədir.
Digər ölkələr
7 Oktyabr , 2022 23:22
Aİ Ukraynaya 2 milyard avro yardım edəcək

Avropa İttifaqı (Aİ) yaxın vaxtlarda Ukraynaya 2 milyard avro məbləğində makromaliyyə yardımı göstərmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ-nin Praqada keçirilən qeyri-rəsmi sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Yaxın günlərdə Ukraynaya makromaliyyə yardımı kimi daha 2 milyard avro ayrılacaq”, - o deyib. AK rəhbəri həmçinin vurğulayıb ki, Aİ ölkələri rəsmi Kiyevə hərbi və maliyyə yardımını davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi