Aİ ukraynalı qaçqınları qəbul edən ölkələrə 3,5 milyard avronun ayrılmasını təsdiqləyib

Aİ ukraynalı qaçqınları qəbul edən ölkələrə 3,5 milyard avronun ayrılmasını təsdiqləyib .
Digər ölkələr
6 aprel 2022 14:01
Aİ ukraynalı qaçqınları qəbul edən ölkələrə 3,5 milyard avronun ayrılmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) ukraynalı qaçqınlara yardım göstərilməsi üçün üzv ölkələrə 3,5 milyard avronun ayrılmasını təsdiq edib.

“Report” “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəsmi məlumatında deyilir.

“Aİ səfirləri üzv ölkələrin REACT-EU (Recovery Assistance for Cohesion and the Territories of Europe, Avropada Birliyin və Ərazilərin Bərpasına Yardım) çərçivəsində maliyyəyə çıxış imkanı verən təklifi təsdiqləyiblər. Bu il, ümumilikdə, 3,5 milyard avro ödəniləcək”, - sənəddə deyilir.

Sənəddə ilkin maliyyənin 45%-ni alacaq ölkələr sadalanıb: Ukrayna ilə həmsərhəd olan Macarıstan, Polşa, Rumıniya və Slovakiya, həmçinin əhalisinin 1%-dən çox qaçqın qəbul etmiş ölkələr - Avstriya, Bolqarıstan, Çex Respublikası, Estoniya və Litva.

Son xəbərlər

Orphus sistemi