Yuxarı

Aİ - Türkiyə sammiti bu gün Brüsseldə keçiriləcək

Sammitin əsas mövzusu Avropada miqrasiya böhranı olacaq

Bakı. 7 mart. REPORT.AZ/ Aİ - Türkiyə sammiti bu gün Brüsseldə keçiriləcək. "Report" xəbər verir ki, sammitin əsas mövzusu Avropada miqrasiya böhranı olacaq.

Aİ-Türkiyə sammiti ərəfəsində Almaniya kansleri Angela Merkel rəsmi Ankara qarşısında qoyacağı məsələləri dilə gətirib. Sammitdə qaçqınlarla bağlı vəziyyəti həll etmək üçün Türkiyəyə birdəfəlik 3 milyard avro ödəniş edilməsi məsələsi nəzərdən keçiriləcək.

Aİ liderləri Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə bu ölkənin ərazisindən Avropaya miqrantların axınının məhdudlaşdırılması məsələsini müzakirə edəcək.

Sammitdən sonra isə Aİ-yə üzv 28 dövlət və hökumət başçılarının təcili görüşü keçiriləcək. Görüşdə miqrasiya böhranı məsələsi müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi