​Aİ Türkiyə ilə sammit ərəfəsində miqrasiya böhranı üzrə mövqeyini razılaşdırıb

​Aİ Türkiyə ilə sammit ərəfəsində miqrasiya böhranı üzrə mövqeyini razılaşdırıb Layihə Türkiyəyə martın 18-də təqdim olunacaq
Digər ölkələr
3555
18 Mart , 2016 04:37
​Aİ Türkiyə ilə sammit ərəfəsində miqrasiya böhranı üzrə mövqeyini razılaşdırıb

Bakı. 18 mart. REPORT.AZ/ Avropa ölkələri liderləri Türkiyə hakimiyyətinə təqdim olunacaq miqrasiya böhranı üzrə saziş layihəsini razılaşdırıblar.

"Report" xəbər verir ki, bu barədə Lüksemburqun baş naziri Xavyer Bettel öz "twitter" hesabında yazıb.

Bundan öncə Aİ sammitinin kuluarlarında iştirak edən mənbə miqrasiya layihəsinin Türkiyənin baş naziri Əhməd Davudoğluna martın 18-də təqdim olunacağını bildirmişdi.

Bettelin sözlərinə görə, sazişi Avropa İttifaqı Şurasının sədri Donald Tusk təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi