Aİ Şurası yeni sərhəd nəzarət sistemini təsdiq edib

Aİ Şurası yeni sərhəd nəzarət sistemini təsdiq edib Yeni sistem üçüncü ölkə vətəndaşlarının giriş-çıxış və ya girişə qadağa barədə məlumatlarını qeydə alacaq
Digər ölkələr
20 Noyabr , 2017 16:45
Aİ Şurası yeni sərhəd nəzarət sistemini təsdiq edib

Bakı. 20 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Şurası giriş-çıxış sistemi üzrə, eləcə də sərhəddə yeni nəzarət sisteminin tətbiqi ilə əlaqədar Şengen sərhəd məcəlləsinə dəyişiklikləri nəzərdə tutan reqlament qəbul edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Aİ Şurasının məlumatında yeni sistemin üçüncü ölkə vətəndaşlarının Şengen zonasının xarici sərhədlərini keçərkən giriş-çıxış və ya girişə qadağa barədə məlumatlarını qeydə alacağı vurğulanır.

Rəsmi Brüssel yeni sistemin sərhəddə nəzarətdən keçmənin müddətini azaltmalı, Şengen zonasına daxil olmağa çalışan şəxs barədə avtomatik hesablamanın aparılması ilə belə nəzarətin keyfiyyətini yaxşılaşdırmalı olduğunu iddia edir.

Son xəbərlər

Orphus sistemi