​Aİ Şurası Suriyada siyasi nizamlanma prosesinə başlamaq qərarına gəlib

​Aİ Şurası Suriyada siyasi nizamlanma prosesinə başlamaq qərarına gəlib Bu barədə Avropa diplomatiyasının rəhbəri Federika Moqerini bildirib
Digər ölkələr
9 Oktyabr , 2015 00:55
​Aİ Şurası Suriyada siyasi nizamlanma prosesinə başlamaq qərarına gəlib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı Şurası Suriyada siyasi nizamlanma prosesinə başlamaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Federika Moqerini cümə axşamı Avropa İttifaqına üzv olan 28 ölkənin daxili işlər nazirləri görüşünün ilk gününün yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.

"Bu gün biz hamımız danışıqlar masası arxasında Suriyada gedən müharibəyə son qoymaq üçün siyasi prosesə başlamaq qərarına gəldik", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi