Aİ Şurası: Avropa "Brexit"in təxirə salınması məsələsinə baxmağa hazır olmalıdır

Aİ Şurası: Avropa "Brexit"in təxirə salınması məsələsinə baxmağa hazır olmalıdır Böyük Britaniyanın Avropa İtifaqından çıxışı ilə bağlı şərtlərdə razılıq əldə olunması şansı qalsa da, Aİ Brexit tarixinin ikinci dəfə təxirə salınmasını nəzərdən keçirməyə hazır olmalıdır.
Digər ölkələr
15 Oktyabr , 2019 12:58
Aİ Şurası: Avropa Brexitin təxirə salınması məsələsinə baxmağa hazır olmalıdır

Böyük Britaniyanın Avropa İtifaqından çıxışı ilə bağlı şərtlərdə razılıq əldə olunması şansı qalsa da, Aİ "Brexit" tarixinin ikinci dəfə təxirə salınmasını nəzərdən keçirməyə hazır olmalıdır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasına Finlandiya sədrliyinin nümayəndəsi "Brexit" məsələsinə baxılacaq Aİ ölkələri Nazirlər Şurasının iclasından əvvəl bildirib.

"Bütün mümkün ssenarilərə hazır olmalıyıq. Ümid edirəm ki, razılaşma əldə edəcəyik. Amma razılaşmanın olmamasına, eləcə də yeni təxirəsalma məsələsinə də hazır olmalıyıq", - deyə o qeyd edib.

Eyni zamanda təxirəsalınma məsələsi çərşənbə axşamı Nazirlər Şurasında müzakirə edilməyəcək.

Nümayəndənin sözlərinə görə, Aİ ölkələrinin liderləri bu həftə sammitdə mümkün təxirəsalmanı qiymətləndirəcəklər, lakin bunun üçün Britaniyadan sorğu gəlməlidir.

Qeyd edək ki, dünən Böyük Britaniya kraliçası II Elizabet hökumətin Aİ-nin tərkibindən oktyabrın 31-də çıxacağını bildirib.

Son xəbərlər

Orphus sistemi