XİN başçısı: “Aİ “Şərq tərəfdaşlığı” ölkələri arasında daha yüksək səviyyədə əməkdaşlıq görmək istəyir”

XİN başçısı: “Aİ “Şərq tərəfdaşlığı” ölkələri arasında daha yüksək səviyyədə əməkdaşlıq görmək istəyir” “Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri arasında əməkdaşlığın daha da yüksək səviyyəyə qaldırılmasını dəstəkləyir və təşviq edir”.
Digər ölkələr
10 Sentyabr , 2019 12:01
XİN başçısı: “Aİ “Şərq tərəfdaşlığı” ölkələri arasında daha yüksək səviyyədə əməkdaşlıq görmək istəyir”

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri arasında əməkdaşlığın daha da yüksək səviyyəyə qaldırılmasını dəstəkləyir və təşviq edir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə keçirilən “İndi nə?” beynəlxalq konfransda Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib.

Onun sözlərinə görə, qarşılıqlı əməkdaşlıq Avropa dəyərləri, prinsipləri və məqsədlərinə əsaslanmalıdır: “Bu, bizim proqramın ikinci mərhələsində görmək istədiyimizdir. Proqramın ikinci mərhələsində üzv ölkələr arasında əlaqələrin gücləndirilməsinə diqqət verilməlidir”.

XİN başçısı qeyd edib ki, “Şərq tərəfdaşlığı” proqramının yekun nəticəsi barədə az danışılmalıdır: “Bu proqramla bağlı daha çox praktiki əməkdaşlıq barədə danışmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi