Aİ Rusiyaya qarşı sanksiyalar siyasətinə Serbiyanın da qoşulmasını istəyir

Aİ Rusiyaya qarşı sanksiyalar siyasətinə Serbiyanın da qoşulmasını istəyir Məlumatı Belqraddakı diplomatik mənbələr yayıb
Digər ölkələr
16 Oktyabr , 2015 03:22
Aİ Rusiyaya qarşı sanksiyalar siyasətinə Serbiyanın da qoşulmasını istəyir

Bakı. 16 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı qısa müddət ərzində Serbiya qarşısında qəti tələb qoyacaq: Rusiyaya qarşı sanksiyalara Belqrad da qoşulmalıdır. Əks təqdirdə bu ölkə ilə aparılan Aİ üzvlüyü müzakirələrində "Xarici siyasət" başlıqlı 31-ci fəsil açılmayacaq.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, məlumatı Belqraddaki diplomatik mənbələr yayıb.

Mənbənin sözlərinə görə, Aİ rəsmiləri istəyir ki, Belqrad öz xarici siyasət kursunu Brüsselin mövqeyi ilə "uyğunlaşdırsın". Bu isə o deməkdir ki, hazırda Rusiya ilə sıx əməkdaşlıq edən Serbiya Moskva yönümlü mövqeyini unudmalıdır.

Son xəbərlər

Orphus sistemi