Aİ Şengen vizasının alınması prosesini tam rəqəmsallaşdıracaq

Aİ Şengen vizasının alınması prosesini tam rəqəmsallaşdıracaq Avropa Komissiyası (AK) 2025-ci ilə qədər Şengen vizası üçün müraciət prosesini tamamilə rəqəmsallaşdırmaq niyyətindədir.
Digər ölkələr
27 Aprel , 2022 15:40
Aİ Şengen vizasının alınması prosesini tam rəqəmsallaşdıracaq

Avropa Komissiyası (AK) 2025-ci ilə qədər Şengen vizası üçün müraciət prosesini tamamilə rəqəmsallaşdırmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

“Bu gün Avropa Komissiyası Şengen vizası alınması prosesinin rəqəmsallaşdırılmasını, viza stikerinin dəyişdirilməsini və Avropa onlayn viza platforması vasitəsilə viza üçün onlayn müraciət imkanını təqdim etməyi təklif edir. Miqrasiya və sığınacaqla bağlı yeni paktda 2025-ci ilə qədər viza prosedurlarının tam rəqəmsallaşdırılması qarşıya məqsəd qoyulub”, - AK-nin bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi