Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Ukraynaya 18 milyard avroluq maliyyə yardımı paketi barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Aİ-yə sədrlik edən Çexiya nümayəndə heyəti tviter hesabında bildirib.
Qeyd edilib ki, Aİ səfirləri böyük şirkətlər üçün minimum 15% vergi güzəşti barədə də razılaşıblar.
Xatırladaq ki, Aİ Şurası dekabrın 10-da 2023-cü il üçün Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsini təsdiqləyib.