Avropa İttifaqı (Aİ) kritik infrastruktura, o cümlədən “Şimal axını” boru kəmərlərinə qarşı diversiya aktlarını qəti şəkildə pisləyir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ sammitinin yekun bəyanatında deyilir.
“Avropa İttifaqı kritik infrastruktura, o cümlədən “Şimal axını” boru kəmərlərinə qarşı diversiya aktlarını qəti şəkildə pisləyir. Aİ kritik infrastrukturun məhv edilməsi cəhdinə və ya digər hibrid hərəkətlərə vahid və qəti cavab verəcək”, - sənəddə deyilir.
Bəyanatda həmçinin bütün Aİ ölkələrinə kritik infrastrukturun dayanıqlığını artırmaq üçün birgə səylər göstərməyə çağırış da yer alıb.