Aİ Rusiyadakı hadisələrlə əlaqədar böhranlara reaksiya mərkəzini aktivləşdirir

Aİ Rusiyadakı hadisələrlə əlaqədar böhranlara reaksiya mərkəzini aktivləşdirir Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel G7 xarici işlər nazirləri ilə Rusiyadakı vəziyyəti müzakirə etdiyini bildirib.
Digər ölkələr
24 iyun 2023 13:20
Aİ Rusiyadakı hadisələrlə əlaqədar böhranlara reaksiya mərkəzini aktivləşdirir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel G7 xarici işlər nazirləri ilə Rusiyadakı vəziyyəti müzakirə etdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə o, tviter səhifəsində məlumat verib.

J.Borrel Aİ-nin Rusiyadakı hadisələrlə əlaqədar böhranlara reaksiya mərkəzini aktivləşdirdiyini açıqlayıb:

“Mən Rusiyadakı vəziyyəti müzakirə etmək üçün G7 xarici işlər nazirlərinə zəng etdim. Aİ Xarici Əlaqələr Şurasının bazar ertəsi planlaşdırılan iclasından əvvəl Aİ daxilində fəaliyyətləri əlaqələndirirəm və böhranlara reaksiya mərkəzinin işini aktivləşdirmişəm. Ukraynaya dəstəyimiz sarsılmaz olaraq qalır”.

Son xəbərlər

Orphus sistemi