Yuxarı
    Bağlamaq

    Aİ Rusiya ilə bağlı fərdi sanksiyaların müddətini uzadıb

    Fərdi sanksiyalar Avropa İttifaqı ölkələrinə girişin qadağan edilməsini və aktivlərin dondurulmasını nəzərdə tutur

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı Şurası Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyətli hesab olunan 146 fiziki və 37 hüquqi şəxs barəsində fərdi sanksiyaların müddətini 2017-ci il mart ayına qədər uzadıb. 

    "Report" xəbər verir ki, Avropa İttifaqının (Aİ) sanksiya siyahısına milyarderlər Arkadi Rotenberq və Yuri Kovalçuk, biznesmenlər Konstantin Malofeyev, Nikolay Şamalov, eləcə də Dövlət Dumasının deputatları və Federasiya Şurasının üzvləri Sergey Jelenyak, Sergey Mironov, Leonid Slutski və başqaları daxildir. 

    Fərdi sanksiyalar Avropa İttifaqı ölkələrinə girişi qadağan edilməsini və aktivlərin dondurulmasını nəzərdə tutur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi