Aİ ölkələrinin XİN başçıları Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə edəcəklər

Aİ ölkələrinin XİN başçıları Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə edəcəklər Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Polşa və Belarus arasında miqrasiya böhranı ilə bağlı müzakirə aparacaqlar.
Digər ölkələr
15 Noyabr , 2021 08:13
Aİ ölkələrinin XİN başçıları Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə edəcəklər
Cozep Borrell

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Polşa və Belarus arasında miqrasiya böhranı ilə bağlı müzakirə aparacaqlar.

“Report”un məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell tvitterdəki səhifəsində xəbər verib.

Borrell bildirib ki, o, Polşa və Litvanın xarici işlər nazirləri - Zbiqnev Rau və Qabrielyus Landsberqislə Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı danışıqlar aparıb.

Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı gələcək addımlar bu gün Xarici İşlər Nazirləri Şurasında müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi