Aİ ölkələri İrana qarşı yeni sanksiyalar təklif ediblər

Aİ ölkələri İrana qarşı yeni sanksiyalar təklif ediblər Bakı. 16 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələri İrana qarşı yeni sanksiyalar təklif ediblər.
Digər ölkələr
16 Mart , 2018 22:20
Aİ ölkələri İrana qarşı yeni sanksiyalar təklif ediblər

Bakı. 16 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələri İrana qarşı yeni sanksiyalar təklif ediblər.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, Böyük Britaniya, Fransa və Almaniya nüvə proqramı ilə əlaqədar İrana qarşı yeni sanksiyaların tətbiq olunması təklifini irəli sürüblər.

"Yaxın vaxtlarda bir sıra şəxslərin və təşkilatların siyahısını yayacağıq. Hansılar ki, bizim fikrimizcə, onlara qarşı sanksiyalar tətbiq edilməlidir", - deyə üç ölkənin yaydığı sənəddə bildirilir.

Sənəddə həmçinin qeyd olunur ki, ölkələr ABŞ prezidenti Donald Tramp administrasiyası ilə sənədin hazırlanması üçün danışıqlar aparıblar.

Daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens İranı Birləşmiş Ştatların nüvə razılaşmasından çıxacağı ilə hədələyib.

Son xəbərlər

Orphus sistemi