Aİ nümayəndəsi İrandakı nüvə danışıqlarından sonra ABŞ-a səfər edəcək

Aİ nümayəndəsi İrandakı nüvə danışıqlarından sonra ABŞ-a səfər edəcək İranın nüvə sazişi üzrə danışıqların koordinatoru, Avropa İttifaqı (Aİ) diplomatik xidmətinin siyasi direktoru Enrike Mora Tehranda İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani ilə danışıqlardan sonra martın 28-də Vaşinqtona yola düşəcək.
Digər ölkələr
26 Mart , 2022 15:48
Aİ nümayəndəsi İrandakı nüvə danışıqlarından sonra ABŞ-a səfər edəcək

İranın nüvə sazişi üzrə danışıqların koordinatoru, Avropa İttifaqı (Aİ) diplomatik xidmətinin siyasi direktoru Enrike Mora Tehranda İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani ilə danışıqlardan sonra martın 28-də Vaşinqtona yola düşəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, Mora şənbə günü axşam saatlarında Tehrana gələcək, bazar günü isə İran XİN rəhbərinin müavini ilə nüvə sazişi üzrə həll olunmamış məsələləri müzakirə edəcək. Agentlik bildirib ki, bazar ertəsi o, ABŞ rəsmiləri ilə məsləhətləşmələr üçün Vaşinqtona gedəcək.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ildə nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün daimi qrupla İran arasında “beş üstəgəl bir” formatında imzalanıb. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxmaq qərarına gəlib. ABŞ administrasiyasının hazırkı rəhbəri Cozef Bayden isə dəfələrlə ölkəsinin BHFP-yə qayıtmağa hazır olduğuna dair mesajlar verib.

Rusiya, Böyük Britaniya, Almaniya, Çin, Fransa və eləcə də ABŞ BHFP-ni keçən ilin aprelindəki formada bərpa etmək üçün Vyanada İranla danışıqlar aparır.

Son xəbərlər

Orphus sistemi