Aİ-nin xarici sərhədlərinin açılması üçün ümumi meyarlar hazırlanacaq

Aİ-nin xarici sərhədlərinin açılması üçün ümumi meyarlar hazırlanacaq Avropa İttifaqının (Aİ) xarici sərhədlərini açmaq üçün birgə meyarlar hazırlanmalıdır.
Digər ölkələr
24 İyun , 2020 14:23
Aİ-nin xarici sərhədlərinin açılması üçün ümumi meyarlar hazırlanacaq

"Avropa İttifaqının (Aİ) xarici sərhədlərini açmaq üçün birgə meyarlar hazırlanmalıdır".

“Report” xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Arança Qonzalez Laya RTVE kanalına müsahibəsində deyib.

O, koronavirusla bağlı vəziyyətin ürəkaçan sayılmadığı ABŞ, Rusiya və Braziliya vətəndaşlarının Aİ ölkələrinə girişinə müvəqqəti məhdudiyyət qoymaq məsələsinə baxıldığı iddiaları ilə bağlı suala cavab verərkən bildirib ki, bunu epidemiologiya meyarlarını əsas götürməklə edəcəyik: 

"Məsələn, Latın Amerikası və ABŞ-dakı bəzi bölgələrdə epidemiya hələlik pik nöqtəsinə çatmayıb. Odur ki, bu ölkələrin vətəndaşlarını Aİ-yə buraxmaqda çox ehtiyatlı olmalıyıq”.

Qeyd edək ki, Aİ-nin xarici sərhədlərinin 1 iyul tarixindən qismən açılması ərəfəsində bəzi sənəd layihələri müzakirə olunur. “NYT” xəbər verir ki, həmin sənədlər arasında Avropa İttifaqına vətəndaşlarının girişinə icazə veriləcək ölkələrin iki ilkin siyahısı da var.

Son xəbərlər

Orphus sistemi