Aİ-nin Rusiyaya tətbiq edəcəyi növbəti sanksiyalar paketinin müddəaları açıqlanıb

Aİ-nin Rusiyaya tətbiq edəcəyi növbəti sanksiyalar paketinin müddəaları açıqlanıb Brüsseldə Avropa Parlamentinin iclası keçirilir. Yığıncaqda Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketi müzakirə olunur.
Digər ölkələr
185
4 May , 2022 11:17
Aİ-nin Rusiyaya tətbiq edəcəyi növbəti sanksiyalar paketinin müddəaları açıqlanıb

Brüsseldə Avropa Parlamentinin iclası keçirilir. Yığıncaqda Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketi müzakirə olunur.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviter səhifəsində yazıb.

“Nəhayət, biz indi Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Bu, asan olmayacaq. Ancaq biz bunun üzərində işləməliyik. Rusiyaya təzyiqi maksimuma çatdırmaqla yanaşı, bunun iqtisadiyyatımıza təsirini də azaltmalıyıq. Biz Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik. Biz Buçada hərbi cinayətlər törətmiş şəxslərin kim olduğunu bilirik. Onlar cavab verəcəklər. Biz Prezident Vladimir Putinin yalanlarını təbliğ edən kanalın efirini dayandırırıq. Rusiyanın ən böyük bankl olan “Sberbank”a və daha iki banka sanksiya tətbiq edirik”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi