Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tətbiqi vaxtı məlum olub

Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tətbiqi vaxtı məlum olub Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tətbiq ediləcəyi vaxt məlum olub.
Digər ölkələr
1 İyun , 2022 05:12
Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tətbiqi vaxtı məlum olub

Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tətbiq ediləcəyi vaxt məlum olub.

"Report"un ANSA agentliyinə istinadən xəbərinə görə, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel deyib ki, Rusiyaya qarşı sanksiyalar iyunun 1-dən tətbiq oluna bilər.

“Altıncı sanksiyalar paketinin qəbuluna gətirib çıxaracaq hüquqi mətnlər hazırlanır və sabah (bu gün-red) açıqlana bilər", - Şarl Mişel vurğulayıb.

Mişelin sözlərinə görə, Ukrayna üçün prioritet 22 milyon ton taxıl ixracına kömək etmək üçün dəniz yollarının bağlanmasıdır.

Xatırladaq ki, Aİ liderləri Rusiyaya qarşı neftə qismən embarqo, "Sberbank"ın SWIFT-dən ayrılması, üç təbliğat kanalının yayımına qadağa və daha 80 fiziki şəxsə məhdudiyyətin daxil olduğu altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Ukrayna Xarici İşlər Nazirliyi artıq Avropa İttifaqını yeddinci sanksiyalar paketini hazırlamağa çağırıb.

Son xəbərlər

Orphus sistemi