Aİ-nin İran üzrə əlaqələndiricisi Tehrandan qayıdarkən Almaniyada saxlanılıb

Aİ-nin İran üzrə əlaqələndiricisi Tehrandan qayıdarkən Almaniyada saxlanılıb Avropa İttifaqı xarici siyasət xidmətinin baş katibinin müavini Əhatəli Birgə Fəaliyyət Planı üzrə əlaqələndirici Enrik Mor Tehrandan səfərdən qayıdarkən Almaniyanın Frankfurt hava limanında saxlanılıb.
Digər ölkələr
13 May , 2022 11:01
Aİ-nin İran üzrə əlaqələndiricisi Tehrandan qayıdarkən Almaniyada saxlanılıb
Enrik Mor

Avropa İttifaqının Xarici Siyasət Xidmətinin baş katibinin müavini, Əhatəli Birgə Fəaliyyət Planı üzrə əlaqələndirici Enrik Mor Tehrandan səfərdən qayıdarkən Almaniyanın Frankfurt hava limanında saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu E.Mor tviterdə yazıb.

“Mən Almaniyanın Frankfurt hava limanında saxlanıldım. Bu zaman mənə heç bir izahat verilmədi”, - o bildirib.

Məlumata görə, saxlanılan zaman onun cib telefonu və pasportu da alınıb.

Bildirilib ki, bir müddət saxlanıldıqdan sonra polis E.Moru sərbəst buraxıb. “İki həmkarım-Avropa İttifaqının Vyanada BMT yanında daimi nümayəndəsi və Avropa İttifaqının Xarici Siyasət Xidmətinin İran üzrə İşçi Qrupunun başçısı ilə birlikdə sərbəst buraxılmışıq”, - o vurğulayıb.

Əlaqələndiricinin sözlərinə görə, rəsmilər onlara saxlanılmaları ilə bağlı hər hansı açıqlama verməkdən imtina ediblər: “Bu Vyana konvensiyasının pozulmasıdır”.

Son xəbərlər

Orphus sistemi