Aİ-nin ilk müdafiə konsepsiyasını təsdiqləyəcəyi tarix bəlli olub

Aİ-nin ilk müdafiə konsepsiyasını təsdiqləyəcəyi tarix bəlli olub Martın 24-25-də keçiriləcək Avropa İttifaqı (Aİ) sammiti Aİ tarixdə ilk müdafiə konsepsiyasını – hazırlanmasına Rusiyanın Ukraynadakı hərbi əməliyyatının çox böyük təsiri olan “Aİ-nin strateji kompası”nı təsdiqləyəcək.
Digər ölkələr
18 Mart , 2022 20:47
Aİ-nin ilk müdafiə konsepsiyasını təsdiqləyəcəyi tarix bəlli olub

Martın 24-25-də keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində tarixdə ilk müdafiə konsepsiyası – hazırlanmasına Rusiyanın Ukraynadakı hərbi əməliyyatının çox böyük təsiri olan “Aİ-nin strateji kompası” təsdiqlənəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin xarici siyasət xidmətindəki mənbə bildirib.

“Aİ liderləri martın 24-25-də hazırlanmasına təxminən iki il əvvəl başlanmış, lakin Ukraynadakı müharibənin çox güclü təsir göstərdiyi “Aİ-nin strateji kompası”nı təsdiq edəcəklər”, - mənbə deyib.

“Bu sənəd birbaşa Ukrayna böhranı ilə bağlı deyil, yaxın 5-10 il üçün nəzərdə tutulub”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi