Yuxarı

Avropa Komissiyası Aİ-nin Enerji Birliyinin yaradılması strategiyasını təsdiqləyib

Sənəd Aİ enerji siyasətinin yaxın 5 il ərzindəki əsas istiqamətlərini müəyyən edir

Bakı. 25 fevral. REPORT.AZ/ Avropa Komissiyası Aİ-nin Enerji Birliyinin yaradılması strategiyasını təsdiq edib. "Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Brüsseldə bildirib. 

M.Şevçoviç vurğulayıb ki, qəbul edilən sənəd daha sabit, təhlükəsiz və rəqabət qabiliyyəti olan Aİ enerji siyasətini yaratmağa imkan verəcək və bu siyasətin yaxın 5 ildəki əsas istiqamtlərini müəyyən edəcək. 

Onun sözlərinə görə, Aİ-nin Enerji Birliyinin yaradılması üzərində Avropa Komissiyasının hazırkı tərkibində olan 28 komissardan 14-ü işləyəcək. Strategiyaya qaz müqavilələrinin bağlanması şəffaflığının yaxşılaşdırılması üzrə tədbirlər, regional əməkdaşlığın inkişafı və enerji ehtiyatlarının diversifikasiya, vahid enerji bazarına inteqrasiya və Aİ enerji effektivliyinin artırılması daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi